Skip to main content

Command Palette

Search for a command to run...

Haqqımızda

«AZƏRBAYCAN GEOLOQU» MÜƏLLİFLƏRİN Diqqətinə

Əlyazma neft və qaz geologiyası və ona yaxın mövzulara aid məsələləri əks etdirməli və aşağıdakı tələblərə cavab verməlidir.

Məqalədə tədqiqat işinin məqsədi, aktuallığı, aparılma texnikası və metodikası, müəllif tərəfindən alınan elmi nəticələrlə əsaslandırılmış izahatlar və elmi fıkirlər aydın şəkildə əks etdirilməlidir.

Bu şəkildə verilmiş məqalənin həcmi 2 intervalla çap edilmiş 25 səhifədən artıq olmamalıdır. Informasiya xarakterli məqalənin həcmi 10 səhifədən artıq olmamalıdır. Şəkillərin adları və ədəbiyyat 2 intervalla çap olunmalıdır. Sizin təqdim etdiyiniz məqalənin çapa qəbul edilib edilməməsi redaksiya heyəti tərəfındən baxılmaqla həll olunur.

Əvvəllər çap olunmuş və ya başqa jurnallarda çap olunmaq üçün təqdim edilmiş məqalələr göndərilməməlidir. Qəbul edilmiş məqalə və şəkilləri elektron formatda mətn-fayl şəklində təqdim edilməlidir. Mətn MS Word 2003 redaktorda, Times New Roman şriftdə yazılmalıdır. Şəkillər aydın çəkilməlidir. Şəkillər və qrafıklər ağ-qara və ya rəngli verilə bilər. Şəkillərdə şəklin nömrəsi və adı yazılmalıdır.

Cədvəllər əyani şəkildə verilməli, materiallar kompakt yerləşdirilməlidir. Cədvəllərdəki başlıqlar mümkün qədər qısa şəkildə verilməli, adlar tam yazılmalıdır. Mətndə nəzərdən keçirilməyən məlumatların cədvəllərdə verilməsi məsləhət görülmür. Iri həcmli cədvəllər mümkün qədər verilməməlidir.

Məqalə asağıdakı ardıcıllıqla tərtib olunur:

Adı Müəllif(lər) və elektron ünvan(lar) Qısa məzmunu (xülasə) Mətn - izahedici başlıqlarla (Məs.: Giriş, Metodiki yanaşma və s.) Nəticə Ədəbiyyat Xülasə ingilis dilində Şəkillərin adları (ayrıca) Şəkillər və cədvəllər (ayrıca) Qeyd: Məqalə azərbaycan, ingilis və yaxud rus dilində qəbul edilir. Məqalənin qısa məzmunu hər üç dildə - azərbaycan, rus və ingilis dilində təqdim olunmalıdır. Xarici ölkələrdən olan müəlliflər üçün məqalənin qısa məzmunun azərbaycan dilinə tərcüməsini Redaksiya kollegiyası öz üzərinə götürür.

Məqalənin qısa məzmunu 250 sözdən artıq olmamalıdır. Hesablamalar ingilis və metrik sistemdə verilə bilər. «Ədəbiyyat» hissəsindəki biblioqrafiya Amerika Neftçi Geoloqları Assosiasiyasının bülleteninə uyğun olmalıdır. Müəllif(lər) tərəfindən qabaqcadan çap olunmuş materiallarının sürətini çıxarılması və hər hansı müvafiq məlumatın çap olunmasına icazə verilməsinə təminat verilməlidir. «Azərbaycan Geoloqu» elmi bülleteninə baxılmaq üçün verilən əlyazmalar nəşr qaydalara uyğun olmalıdırlar. Əgər hər hansı bir problem ortaya çıxarsa Redaksiya Heyətinə müraciət etmək məsləhət görülür. Redaksiyanın əlyazmada qısaltmalar, dəyişikliklər, müəllifdən lazımi düzəlişlər aparmağı tələb etmək hüququ vardır.